Filippin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi təlim zamanı yoxa çıxıb


Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 döyüş təyyarəsi təlim zamanı yoxa çıxıb.



“Philstar” qəzetinin məlumatına görə, təlimlər çərçivəsində Sebu şəhərindən FA-50 qırıcıları havaya qalxıb.

Təyyarələr hədəf əraziyə çatmazdan bir neçə dəqiqə əvvəl onlardan biri ilə əlaqə kəsilib.

Digər təyyarələrin itmiş təyyarə ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb.

Hərbi Hava Qüvvələri itən təyyarə və ekipajının tapılması üçün axtarışlara başlanıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu