Rusiya: Donetskdə Privolnoye qəsəbəsini ələ keçirdik

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Privolnoye qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
“Şərq Hərbi Qrupunun qoşunları qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Privolnoye qəsəbəsini azad edib”, - deyə Rusiya ordusunun Ukraynada cəbhədə irəlilədiyi bildirilir.
Bildirilib ki, son 24 saat ərzində 150 regionda Ukraynanın hərbi hava limanı infrastrukturuna, neft anbarlarına, pilotsuz uçuş aparatlarının (PUA) istehsal və idarəetmə mərkəzlərinə, dəniz gəmilərinə, “Kraken” batalyonunun qərargahına, həmçinin Ukrayna hərbçilərinin və Ukraynanın hərbi texnikasının yerləşdirildiyi məntəqələrə hücum edilib.