Aİ akkumulyatorların xammalı tədarükü üçün 1,8 milyard avro ayıracaq


Avropa Birliyi (AB) akkumulyator xammalı tədarük zəncirinin gücləndirilməsi üçün 1,8 milyard avro ayıracağını açıqlayıb.



Avropa İttifaqı Komissiyası Avropa ölkələrində avtomobil sənayesini dəstəkləmək üçün hazırlanan fəaliyyət planı ilə bağlı bəyanat yayıb.

Açıqlamada Avropada avtomobil istehsalının qorunacağı, sektorun böyüməsinin təmin ediləcəyi və ehtiyac duyulan materiallardan strateji asılılığın azaldılacağı bildirilib.

“Avropa avtomobil sənayesinin böyüməsini dəstəkləməyə kömək edəcək akkumulyator xammalı üçün təhlükəsiz və rəqabətədavamlı təchizat zənciri yaratmaq üçün 1,8 milyard avro ayıracağıq”, - deyə məlumatda bildirilir.

Avropanın avtomobil sahəsində maraqlı tərəflərini bir araya gətirəcək xüsusi Avropa Əlaqəli və Avtonom Vasitə Alyansının yaradılmasına diqqət çəkən açıqlamada, ittifaqın yeni nəsil nəqliyyat vasitələrinin, texnologiyalarının, proqram təminatının və aparatlarının inkişafı və tətbiqinə töhfə verəcəyi açıqlanıb.

Bəyanatda avtonom nəqliyyat vasitələri üçün tənzimləyici çərçivənin daha da inkişaf etdiriləcəyi və bu sahənin 2025-2027-ci illərdə 1 milyard avroluq dövlət-özəl birgə investisiyalarla dəstəklənəcəyi bildirilib.

Digər tərəfdən, AB Komissiyasının 2035-ci ildən etibarən üzv dövlətlərdə satılan bütün yeni avtomobillərin sıfır emissiya olacağı ilə bağlı hədəfində heç bir dəyişiklik etməməsi diqqət çəkir. Avropa avtomobil sənayesi bu sahədə hansı addımın atılacağını gözləyirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu