108 yaşlı yapon bərbər Ginnesin Rekordlar Kitabına düşüb


Yaponiyada 108 yaşlı Hakoişi Şitsui dünyanın işləyən ən yaşlı qadın bərbəri kimi Ginnesin Rekordlar Kitabına düşüb.



NHK dövlət televiziyasının məlumatına görə, Toçiqi prefekturasında bərbər işləyən Hakoişi “dünyanın ən yaşlı qadın saç ustası” adını qazanıb.

Qonşularının və müştərilərinin qatıldığı sertifikat mərasimində çıxış edən Hakoişi gənc yaşlarından həyatının çətinliklərlə dolu olduğunu bildirib.

"İnsanlar məni görməyə uzaqdan gəlirlər, ona görə də bacardığım qədər peşəmi davam etdirmək istəyirəm", - Hakoişi bildirib.

Çıxışından sonra yapon qadın Ginnesin Rekordlar Kitabı sertifikatını alıb.

1912-ci ildə Toçiqinin Nakaqava rayonunda anadan olan Hakoişi 14 yaşında paytaxt Tokioda bərbərxanada şagirdlik etməyə başlayıb.

Hakoişinin 1936-cı ildə bərbər lisenziyasını aldıqdan sonra həyat yoldaşı ilə açdığı bərbərxana İkinci Dünya Müharibəsi zamanı dağılıb.

Əri müharibədə həlak olduqdan sonra Hakoişi doğma şəhərinə qayıdıb və evində qurduğu kiçik bərbərxananı işlədərək, iki uşağını böyüdüb.

Yaşına baxmayaraq saç kəsmə bacarığını qoruyub saxlayan yapon bərbərinin dizlərindəki ağrılar səbəbilə yalnız az sayda müştəri qəbul edə bildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu