Rusiyada britaniyalı muzdlu döyüşçü 19 il müddətinə azadlıqdan məhrum edilib

Rusiya məhkəməsi Kursk vilayətində Ukrayna ordusunun tərəfində vuruşan britaniyalı muzdlu döyüşçünü 19 il müddətinə azadlıqdan məhrum edib.
Rusiya İstintaq Komitəsindən verilən açıqlamaya görə, 3-5 mart tarixləri arasında Kursk bölgəsində əsir götürülən ingilis muzdlu döyüşçü Ceyms Skott Rhys Andersona qarşı 2-ci Qərb Dairə Hərbi Məhkəməsində məhkəmə prosesi keçirilib.
İngiltərə vətəndaşı olan 22 yaşlı Andersonun Kurskda Ukrayna ordusunun tərəfində döyüşdüyü və cinayət törətdiyi vurğulanan bəyanatda "Anderson məhkəmədə törətdiyi cinayəti etiraf etdi. Məhkəmə Andersona 19 il həbs cəzası verdi" ifadəsi işlədilib.
6 avqust 2024-cü ildə Ukrayna əsgərlərinin Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ölkə ordusu arasında başlayan qarşıdurmalar davam edir. Kurskda döyüşən ukraynalı əsgərlər arasında əcnəbi muzdluların da olduğu bildirilir.