ABŞ-da öldürülməsi planlaşdırılan 450 min bayquş üçün çağırış edildi

Konqresin on doqquz üzvü prezident Donald Tramp administrasiyasını nəsli kəsilməkdə olan xallı bayquşları qorumaq üçün cizgili bayquşların öldürməsinə dair keçən il təsdiqlənmiş planı ləğv etməyə çağırıb və bunun çox baha başa gəldiyini bildirib.
Respublikaçı Troy Nehls və Demokrat Sidney Kamlager-Dove başda olmaqla Konqresin on doqquz üzvü ABŞ-ın Balıq və Vəhşi Təbiət Xidmətinin (USFWS) bayquşlarla bağlı planı üçünı Daxili İşlər Naziri Doug Burguma birgə məktub göndərdi.
Məktubda üzvlər Sakit okeanın şimal-qərbindəki meşələrdə nəsli kəsilməsinin qarşısını almaq üçün Sakit okeanın şimal-qərbindəki xallı bayquşların yaşayış yerlərini zəbt etmiş 30 il ərzində 450 mindən çox cizgili bayquşu öldürmək üçün 2024-cü ildə təsdiq edilmiş plana etiraz ediblər.
Bu planın çox baha, hər bayquş üçün 3000 dollara başa gələcəyini qeyd edən Konqres üzvləri Amerika vergi ödəyicilərinin pulu ilə həyata keçirilən plana qarşı çıxıblar və 30 ildə xərcin 1,35 milyard dolları keçə biləcəyini bildiriblər.
Konqresmenlər Burqumu USFWS-nin bayquşları kütləvi şəkildə öldürmək planını dayandırmağa çağıraraq, planın belə böyük bir ərazidə necə həyata keçiriləcəyinin izah edilmədiyini bildiriblər.
Qeyd edək ki, USFWS-in 2024-cü ildə təsdiqlənmiş planı Kaliforniya, Oreqon və Vaşinqton ştatlarında atış təlimi keçirən insanlara icazə verməklə 30 il ərzində cizgili bayquşları öldürməyi hədəfləyir.
Planın məqsədi nəsli kəsilməkdə olan xallı bayquşun nəslinin kəsilməsinin qarşısını almaqdır, çünki daha aqressiv növ olan cizgili bayquş nəsli kəsilməkdə olan xallı bayquşun yaşayış mühitini işğal edir.
Planda bu 30 illik planın dəyəri ilə bağlı təfərrüatlar yoxdur.