Macarıstan Aİ-də Ukrayna ilə bağlı daha bir sənədi dəstəkləmir


Avropa İttifaqının martın 20-21-də Brüsseldə keçiriləcək sammitinin yekun sənədini Ukraynanın təşkilata sürətləndirilmiş qəbuluna dair istinadı saxlasa, Macarıstan bunu dəstəkləməyəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Brüsseldə avropalı həmkarları ilə görüşdə iştirak edən Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka deyib.

“Avropa Şurası iclasının hazırkı formada Ukraynadakı vəziyyətlə bağlı yekun bəyanatının layihəsi Macarıstan hökumətinin hazırkı şəraitdə məqbul hesab etdiyinə uyğun gəlmir”, – deyə Boka Brüsseldə jurnalistlərə bildirib.

Onun fikrincə, mətnin Ukraynanın Avropa İttifaqına daxil olması prosesinin sürətləndirilməsinə dair işarə olması problemlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu