Çində dövlət sirrini satan mühəndis ölüm hökmünə məhkum edildi


Çinin kəşfiyyatdan məsul olan Dövlət Təhlükəsizlik Nazirliyi dövlət sirrini xarici kəşfiyyat xidmətlərinə satdığı aşkarlanan mühəndisin ölüm cəzasına məhkum edildiyini açıqlayıb.



Nazirliyin "WeChat" hesabında paylaşılan yazıda soyadının Liu olduğu bildirilən ictimai araşdırma institutunda çalışan mühəndis köməkçisinə qarşı casusluq iddiasının təfərrüatları yer alıb.

Açıqlamada Liunun işlədiyi institutdakı şəraitdən narazı olduğu, yüksəlişlər üçün diqqətdən kənarda qaldığını düşündüyü üçün bədbəxt olduğu, bu səbəbdən istefa verdiyi və getdiyi, ayrılmadan əvvəl dövlət sirri sayılan külli miqdarda məlumatı qeyri-qanuni surətdə köçürdüyü qeyd edilib.

Keçmiş mühəndisin istefasından sonra bir qiymətli kağız investisiya şirkətində işləməyə başladığı, orada etdiyi bəzi riskli sərmayələr uğursuzluğa düçar olduqdan sonra borc yükü altına düşdüyü vurğulanıb.

Bəyanatda Liunun daha sonra tutulduğu, casusluqda mühakimə olunduğu və edam cəzasına məhkum edildiyi bildirilsə də, hökmün nə vaxt çıxarıldığı və ya icra edilib-edilmədiyi barədə məlumat verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu