ABŞ İrana qarşı hərbi əməliyyat başlamağa məcbur ola bilər

ABŞ müəyyən şərtlər daxilində İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
“Biz hər şeyi hərbi yolla həll etmək məcburiyyətində deyilik, lakin bu, o demək deyil ki, əgər bizi müəyyən nöqtəyə itələsələr, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər daxilində bunu edəcəyik”, - deyə o, "Fox News"a müsahibəsində deyib.
Vitkoffun sözlərinə görə, Donald Trampın mövqeyi budur ki, İranın nüvə bombası olmamalıdır. "Biz onların nüvə arsenalı yaratmağa başlamasına icazə verə bilmərik. Bu baş verməməlidir", - deyə Amerika liderinin xüsusi nümayəndəsi bildirib.