Yaponiyada meşə yanğınlarına görə 3 minə yaxın insan təxliyə edilib


Yaponiyanın qərbində baş verən meşə yanğınından sonra bölgədə təxminən 2800 nəfərin təxliyəsi əmri verilib.


AFN.az xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb. Bildirilir ki, rəsmi qurumlar Okayama və Ehime prefekturalarında dünən başlayan meşə yanğınlarının davam etdiyini açıqlayıb.

Açıqlamada Okayamada cəmi 250 hektar ərazini yandıran və Ehime bölgəsində 119 hektar ərazini əhatə edən yanğının təxminən 2800 sakin üçün təxliyə əmrinin verildiyi qeyd edilir.

Yanğınsöndürmə işlərinin davam etdiyi və hərbi helikopterlərin meşə yanğınına havadan müdaxilə etdiyi də verilən açıqlamada əksini tapıb.

Yanğınlar nəticəsində xəsarət alan olmasa da, Okayamada bir neçə evin yandığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu