Panama sanksiyalara görə 128 gəminin qeydiyyatını ləğv edir

Panama ABŞ, müttəfiqləri və BMT-nin sanksiyaları səbəbindən 128 gəminin qeydiyyatını ləğv etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə “Bloomberg” Panama Dəniz Administrasiyasına (PMA) istinadən məlumat verib.
PMA Ticarət Dəniz Qüvvələrinin baş direktoru Ramon Frankonun sözlərinə görə, artıq ən azı 70 tankerə qarşı belə tədbirlər görülüb. "Ölkə sənayenin problemlərini həll etməyə çalışır və sanksiyalar onlardan biridir" - deyə dedi Franko bildirib.
"Bloomberg"in verdiyi məlumata görə, gəmilərin qeydiyyatdan çıxarılması qərarı oktyabr ayında qanunvericilik təşəbbüslərindən sonra verilib. Franko bildirib ki, hələ 2024-cü ildə qeydiyyatın ləğvi prosesi altı aya qədər davam edirdi, lakin indi bu, maksimum bir aya endirilib.
Panama prezidenti Xose Raul Mulinonun fərmanına əsasən, sanksiyalara məruz qalan bütün gəmilər ölkənin gəmi reyestrindən çıxarılacaq. Panama həmçinin gəminin bir reyestrdən digərinə keçməsinin qarşısını almaq üçün qeydiyyat məlumatlarının paylaşılmasına dair müqavilə imzalayıb.