Misir nümayəndə heyəti Qəzza danışıqlarını davam etdirmək üçün Qətərə gedib

Misir nümayəndə heyətinin üzvləri keçid dövrü çərçivəsində fələstinli məhbuslarla israilli girovların azad edilməsi ilə bağlı məsləhətləşmələri davam etdirmək üçün Dohaya gedib.
AFN.az xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb.
Bildirilir ki, nümayəndə heyətinin tərkibinə ölkənin təhlükəsizlik qüvvələrinin yüksək rütbəli şəxsləri daxildir. Onların Qətərli həmkarları ilə Fələstin anklavında daimi atəşkəs razılaşmasının ikinci mərhələsinə hazırlıq çərçivəsində Qəzzaya humanitar yardımın çatdırılmasının bərpasını müzakirə edəcəkləri də gözlənilir.