Zelenski: Rəsmi danışıqlarda ərazi kompromislərinə dair məqam yoxdur, amma...

ABŞ ərazi kompromisləri ilə bağlı Ukraynaya siqnallar göndərir, lakin danışıqlarda bu məsələni hələ rəsmi şəkildə qaldırmayıb.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Biz ABŞ-dan ərazilərlə bağlı müəyyən kompromislər barədə siqnallar eşitdik. Biz bunu mediada gördük. Amma Səudiyyə Ərəbistanında bu barədə hər hansı danışıq olmadı" - deyə o qeyd edib.
Zelenski əlavə edib ki, bu məsələnin sonrakı müzakirələrində Avropa liderlərinin dəstəyini almağa ümid edir.