KİV: ABŞ-a qeyri-qanuni sərhəd keçidləri martda rekord səviyyədə azalıb

ABŞ və Meksika arasında qeyri-qanuni sərhəd keçidlərinin sayı mart ayında rekord həddə çatıb.
AFN.az-ın xəbərinə görə, bu barədə “New York Post” ABŞ Daxili Təhlükəsizlik Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
Mart ayında sərhəd agentləri cəmi 7000-ə yaxın qanunsuz giriş cəhdini qeydə alıblar. Keçən ilin mart ayında bu rəqəm 137 min olub. Qeyd edilir ki, kəskin azalma ABŞ prezidenti Donald Tramp administrasiyasının yanvarın sonundan qeyri-qanuni mühacirlərin sərhədi keçməsinə nəzarəti gücləndirən siyasəti ilə bağlıdır.
İmmiqrasiya və Gömrük Mühafizəsi saxlama mərkəzlərində həddindən artıq sıxlıqla üzləşib və Konqresdən kütləvi deportasiya kampaniyasını dəstəkləmək üçün əlavə imkanlar üçün vəsait istəyib. Yeni siyasətin ilk 50 günündə 32.000 nəfər həbs edilib.