ABŞ münaqişə bitdikdən sonra da Ukraynaya hərbi yardım göstərmək niyyətindədir

ABŞ Ukraynadakı münaqişə həll olunsa belə, Kiyevə hərbi yardımı davam etdirməyi planlaşdırır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (QQŞ) sədri vəzifəsinə irəli sürdüyü Den Keyn deyib.
Senatın Silahlı Qüvvələr Komitəsində namizədliyi ilə bağlı dinləmələr öncəsi ABŞ qanunvericilərinin suallarına yazılı cavab verən Keyn bildirib ki, müharibə bitdikdən sonra da ABŞ Ukraynaya gələcək qüvvələrin inkişafı və uzunmüddətli sabitliklə kömək etməyə davam etməlidir.
"Birləşmiş Ştatlar Ukraynanın müdafiəsini dəstəkləyən dövlətlər şəbəkəsinin yalnız bir hissəsidir. Avropanın Kiyevə dəstək payını artırdığı bir vaxtda biz yalnız ABŞ-ın hansı unikal imkanları təmin edə biləcəyinə diqqət yetirməliyik", - deyə Keyn qeyd edib.