Rusiya və ABŞ arasında növbəti görüşün tarixi hələ bəlli deyil - Peskov


Moskva və Vaşinqton növbəti təmasların dəqiq tarixlərini hələ müəyyənləşdirməyib.


AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Təmaslar davamı olmalıdır. Bu, ümumi anlayışdır. Hələlik konkret gün yoxdur. Tarix məlum olan kimi sizə məlumat verəcəyik", - deyə Kreml nümayəndəsi əlavə edib.

Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev növbəti Rusiya-Amerika təmaslarının bu həftə baş tuta biləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu