İsrail PUA-ları 24 saat ərzində Livanın sərhəd bölgələrinə üç dəfə hücum edib


İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat bu gün günorta saatlarında Livanın cənubunda Hizbullah milislərinin döyüşçülərini daşıyan avtomobilə zərbə endirib.


AFN.az xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.

Bildirilir ki, raket zərbəsi nəticəsində Əl-Xiyam şəhəri ərazisində magistral yolu ilə hərəkət edən avtomobil yanıb, ağır yaralanan iki nəfər xəstəxanaya çatdırılıb.

Bundan əvvəl İsrailin pilotsuz təyyarələri sərhəddəki Et-Taybi və Beyt Lif kəndlərində Hizbullahın maşınlarına hücum edib. İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini atəşə tutan artilleriya batareyalarına komandanlıq edən hərbi rəhbərliyin üzvü Məhəmməd Adnan Mənsur həlak olub. Daha bir şiə fəal yaralanıb.

Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs razılaşmasının qüvvəyə mindiyi 27 noyabr 2024-cü ildən İsrailin Livanın cənubuna hücumları nəticəsində əksəriyyəti Hizbullah üzvləri olmaqla 160-dan çox insan həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu