Cənubi Koreyada prezident seçkiləri iyunun 3-də keçiriləcək


Keçmiş prezident Yoon Suk Yeolun vəzifəsindən uzaqlaşdırılmasından sonra Cənubi Koreya yeni prezidenti müəyyən etmək üçün iyunun 3-də seçkilərin keçirilməsinə qərar verib.



"Yonhap"ın məlumatına görə, prezident səlahiyyətlərini icra edən baş nazir Han Duk-Sunun sədrliyi ilə keçirilən kabinet iclasında seçkilərin tarixi müəyyən edilib.

Seçki təqviminə əsasən, namizədlər ərizələrini mayın 11-dək təqdim edəcəklər və mayın 12-dən seçki kampaniyasına başlanılacaq.

Yeni prezident iyunun 3-də keçiriləcək seçkilərdən sonra vəzifəsinin icrasına başlayacaq.

Konstitusiya Məhkəməsinin impiçment qərarından sonra növbədənkənar prezident seçkiləri ən geci 60 gün ərzində keçirilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu