ABŞ xərçəng məlumat bazalarından birinə Çindəki tədqiqatçıların girişini bağlayıb


ABŞ Milli Sağlamlıq İnstitutları dünyanın ən böyük xərçəng məlumat bazalarından biri olan "Surveillance, Epidemiology and End Results" (SEER) sistemini Çindəki elm adamlarının girişi üçün bağlayıb.



"South China Morning Post"un məlumatına görə, Çində tədqiqatçılar Milli Sağlamlıq İnstitutları tərəfindən sistemə edilən təhlükəsizlik yeniləməsindən sonra dünyanın ən böyük xərçənglə bağlı məlumat bazalarından biri olan SEER sisteminə daxil ola bilməyiblər.

Çinin Şanxay şəhərindəki Fudan Universitetinin adı açıqlanmayan tədqiqatçısı bir çox tələbə və elm adamının işinin bu məlumat bazasındakı informasiyaya əsaslandığını və qadağanın elm və sağlamlığa ciddi mənfi təsirləri olacağını iddia edib.

SEER xərçəng məlumat bazası ABŞ-da xərçəng xəstəliyi, sağ qalma nisbətləri, demoqrafik paylanma və müalicəyə reaksiya haqqında məlumatları toplayan, təhlil edən və saxlayan Milli Sağlamlıq İnstitutunun çətiri altında hərtərəfli epidemioloji məlumat mənbəyidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu