Si Cinpin: "Rüsum müharibələri"ndə qalib yoxdur

Rüsum müharibələrində qalib ola bilməz.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, bunu Pekində İspaniyanın baş naziri Pedro Sançeslə görüşündə Çin sədri Si Tsinpin deyib.
"Rüsum müharibələrində qalib yoxdur. Əgər özünüzü dünyaya qarşı qoysanız, özünüzü təcrid olunmuş vəziyyətdə tapacaqsınız", - deyə Çin lideri bildirib.
Si Cinpinin sözlərinə görə, Çin və Avropa İttifaqı dünyanın ən böyük iqtisadiyyatlarından biridir və iqtisadi qloballaşma və azad ticarəti qətiyyətlə dəstəkləyir. "Çin və Aİ beynəlxalq öhdəliklərini yerinə yetirməli, iqtisadi qloballaşmanı və beynəlxalq ticarət mühitini birgə qorumalı, birtərəfli təzyiqlərə birgə müqavimət göstərməli, təkcə öz qanuni hüquq və mənafelərini qorumaqla kifayətlənməməli, həm də beynəlxalq ədaləti, beynəlxalq qayda və nizamı qorumalıdır", - deyə Çin prezidenti bildirib.