KİV: ABŞ Böyük Britaniya ilə ticarət razılaşması əldə etmək istəyir


ABŞ rəsmiləri yaxın həftələrdə Britaniya ilə ticarət sazişi imzalamaqda maraqlıdırlar.


AFN.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqton yaxın vaxtlarda Londonla ticarət sazişi imzalayacaq. "Bu, iki-üç həftədən sonra reallaşa bilər" - deyə mənbə aydınlıq gətirib.

Böyük Britaniyanın ABŞ-la müqavilə bağlayan ikinci qrup ölkələr sırasında olacağı da bildirilir. Qəzetin qeyd etdiyi kimi, ilk növbədə, ABŞ ilə Hindistan, Cənubi Koreya və Yaponiya arasında razılaşmalar gözlənilir.

Bundan əvvəl Britaniyanın baş naziri Keyr Starmer ABŞ-la yeni ticarət razılaşmasına ümid etdiyini bildirib və əlavə edib ki, Vaşinqtonun tariflərinə qarşı tələsik cavab tədbirləri görmək istəmir.

Lakin Britaniya hökuməti daha sonra əks tədbirlər tətbiq etdi. Cavab rüsumlarının siyahısı 400 səhifəyə qədər uzanır. Buraya kənd təsərrüfatı məhsulları, dəniz məhsulları, süd məhsulları, kimya məhsulları, kosmetika, gübrələr, boyalar, tikinti materialları, bütün növ avtomobillər və onların ehtiyat hissələri, tikinti və məişət avadanlıqları, eləcə də istehlak malları daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu