KİV: AB ABŞ-ın ticarət danışıqları fonunda "Apple" və "Meta"nın cərimələrini təxirə salır

Avropa İttifaqı Amerikanın texnologiya nəhəngləri “Apple” və “Meta” şirkətlərini antiinhisar qanunlarını pozduqlarına görə cərimələmək qərarından vaz keçmək qərarına gəlib.
AFN.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” yazıb. Bildirilir ki, Avropa Komissiyası cərimələri ilkin olaraq aprelin 15-də elan etməyi planlaşdırıb, lakin aprelin 14-də Avropa Komissiyasının ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç ilə ABŞ administrasiyasının nümayəndələri arasında keçirilən görüşdən sonra Aİ ABŞ-la davam edən ticarət danışıqlarına xələl gətirməmək üçün cərimələrin tətbiqini dayandırmaq qərarına gəlib. Lakin Avropa Komissiyası yuxarıda adı çəkilən texnologiya nəhənglərinə qarşı cərimələri ləğv etməyi planlaşdırmır; möhlətin nə qədər davam edəcəyi hələlik bəlli deyil.
Aprel ayında "Euractiv" bildib ki, AB tezliklə "Apple" və "Meta"nı cərimələyə bilər, çünki xaricdəki texnoloji şirkətlərin Birliyin rəqəmsal bazarlar və rəqəmsal xidmətlər haqqında qanunlarını pozub pozmadığını araşdırmaq üçün 12 aylıq müddət başa çatır. Brüssel Metanı 1 milyard dollardan çox cərimələmək niyyətindədir.