ABŞ Ukraynada atəşkəsə nəzarət etmək üçün plan hazırlayır

Parisdəki Ukrayna nizamlanmasına dair görüşdə Birləşmiş Ştatlar Ukraynada hərtərəfli atəşkəs rejiminə əməl ediləcəyi təqdirdə ona riayət olunmasına nəzarət mexanizmi layihəsi yaratdığını bildirib.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Qərb rəsmilərinə istinadən məlumat yayıb.
ABŞ planının təfərrüatları açıqlanmayıb. Nəşr qeyd edir ki, bu, hazır həll yolu deyil, konsepsiya layihəsidir.
Aprelin 17-də Parisdə Fransa prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Steven Vitkoff ilə görüşüb. Səfər zamanı Rubio və Vitkoff Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik müşaviri Conatan Pauel, Almaniya kanslerinin xarici siyasət məsələləri üzrə müşaviri Yens Ploetner və Vladimir Zelenskinin aparat rəhbəri Andriy Yermakla da danışıqlar aparıb. Yelisey sarayının məlumatına görə, bu danışıqlar Ukraynadakı münaqişənin həlli məsələsində“mövqelərin bir araya gəlməsinə kömək edib.