Pentaqon: Yaxın aylarda Suriyadakı əsgərlərimizin sayını 1000-dən aşağı salacağıq


Pentaqonun sözçüsü Sin Parnel Suriyada xidmət edən ABŞ əsgərlərinin vəzifələri ilə bağlı edilən yeniləmələr nəticəsində önümüzdəki aylarda ölkədəki əsgərlərin sayının 1000-dən aşağı salınacağını açıqlayıb.



Sözçü Parnel tərəfindən verilən açıqlamada Suriyadan çıxarılacaq ABŞ əsgərləri ilə bağlı məlumat verilib.

ABŞ sözçüsü açıqlamasında Suriyada terror təşkilatı İŞİD-ə qarşı əldə edilən uğurlara və hazırkı hərbi qiymətləndirmələrə toxunaraq, "Müdafiə naziri bu gün Birləşmiş Müştərək İşgüzar Qüvvələr-Qətiyyət əməliyyatı çərçivəsində Suriyadakı ABŞ qüvvələrinin müəyyən nöqtələrdə birləşdirilməsi əmrini verdi" deyib.

Parnel bu iki əməliyyatın birləşdirilməsinin ABŞ-ın Suriyadakı əsgər sayını azaltması mənasına gəldiyini qeyd edərək, "Bu şüurlu və şərtlərə əsaslanan proses ABŞ-ın Suriyadakı izini önümüzdəki aylarda 1000-dən az ABŞ qüvvəsinə endirəcək" bildirib.

DAEŞ-ə qarşı atılan addımlara diqqət çəkən sözçü mübarizənin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daxilində davam etdiriləcəyini söyləyib.

"Terrorizm təhlükəsi təkcə Yaxın Şərqlə məhdudlaşmır və biz bütün qitələrdə İŞİD-in gizlənməyə heç bir yerinin olmaması üçün ayıq-sayıq olacağıq", - deyə Parnel qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu