KİV: ABŞ Ukraynanın Aİ-yə üzvlük istiqamətində fəaliyyətinə razıdır

Amerika tərəfi Ukraynanın Avropa İttifaqına daxil olmaq istiqamətində işləmək niyyətini təsdiqləyib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Agentliyin bildirdiyinə görə, Ukrayna münaqişəsinin nizamlanmasına dair təklif layihəsində belə bir bənd əksini tapıb.
Eyni zamanda, sənədə əsasən, Ukrayna NATO-ya üzv olmaqdan imtina edir.