Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarının başlama tarixi bilindi


Avropa İttifaqının 27 ölkəsi Ukrayna və Moldova ilə icmaya qoşulmaq üçün danışıqların başlama tarixini təsdiqləyib.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının sədrliyi məlumat yayıb.

"Şura Aİ-nin ümumi mövqeyini, o cümlədən Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar üçün tarixi təsdiqləyib. Belə ki, iyunun 25-də Lüksemburqda danışıqların başlanması ilə bağlı razılıq əldə edilib” - deyə sədrliyin açıqlamasında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu