"Teleqraf": Kiyev təhlükəsizlik zəmanəti müqabilində ərazilərin itirilməsinə icazə verib


Ukrayna tərəfi ABŞ-a sülh sazişi çərçivəsində təhlükəsizlik təminatları müqabilində itirilmiş ərazilərə dair iddialardan imtina etməyə imkan verən sülh yolu ilə nizamlanma üçün öz təkliflərini göndərib.


AFN.az xəbər verir ki, belə bir iddia ilə "Daily Telegraph" çıxış edib. Bildirilir ki, Ukraynanın Amerika tərəfinə təhvil verdiyi plan beş bənddən ibarətdir ki, bunlardan birincisi Krımın və xüsusi hərbi əməliyyatın başlanmasından sonra Rusiyanın tərkibinə daxil olmuş regionların beynəlxalq səviyyədə tanınmasından imtinaya aiddir. Eyni zamanda, məqalədə qeyd olunur ki, Kiyev rəsmiləri Ukraynanın əraziləri Rusiyaya verməsini nəzərdə tutan istənilən potensial sülh sazişinin qiyməti kimi aydın təhlükəsizlik təminatlarının vacibliyini vurğulayıblar.

Bundan əlavə, Kiyev silahlı qüvvələrinin və ya müdafiə sənayesinin sayı ilə bağlı istənilən məhdudiyyətin əleyhinədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu