Qurban Qurbanov Bəhlulla niyə görüşməyib? - AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün çempion olduqları “Sabah”la matçdan sonra paltardəyişmə otağında futbolçularla görüşərək onları təbrik etsə də, müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib.
Məşqçi ilə futbolçu arasında olan bu görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Onların arasında hansı problemin olması insanların marağına səbəb olub.
Klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, iki şəxs arasında hər hansı problem yoxdur: "Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var. Həmin məqama gəldikdə, Q. Qurbanov klubun bəzi işçiləri və futbolçularını stadionda təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib. Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı. Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olub, baş məşqçi ilə futbolçular arasında da isti münasibət var”.
Qafqazinfo