ABŞ-ın Yəmənə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 68-ə çatıb


ABŞ-ın Yəmənin şimal-qərbindəki Saada şəhərində afrikalı miqrantların saxlanma mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 68-ə çatıb, 47 nəfər yaralanıb.


AFN.az xəbər verir ki, məlumatı "Al Masirah" telekanalı yayıb.

Bildirilir ki, yaralıların əksəriyyətinin vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.

Telekanalın məlumatına görə, hücum zamanı mərkəzdə 115 miqrant olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu