KİV: Çin firmaları ABŞ-a alternetiv bazarlar axtarırlar

Bəzi Çin şirkətləri ABŞ-ın rüsumlarına cavab olaraq istehsalı müvəqqəti dayandırır, iş yerlərini ixtisar edir və yeni bazarlar axtarır.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC telekanalı məlumat yayıb.
"Tidalwave Solutions" konsaltinq şirkətinin əməkdaşı Kemeron Conson telekanala deyib: "Mən rəhbərliyin işçilərinin yarısını bir neçə həftə ərzində evə göndərdiyi və istehsalının böyük hissəsini dayandırdığı bir neçə fabrik bilirəm". Şanxaylı ekspertin sözlərinə görə, oyuncaqlar, idman malları və sabit qiymətli mağazalarda satılanlar kimi aşağı qiymətli məhsullar istehsal edən fabriklər ən çox zərbə alıb. Bu tendensiya Çinin əsas xarici ticarət mərkəzlərinə - Yivu və Dongguan şəhərlərinə təsir göstərsə də, hələ genişmiqyaslı xarakter almayıb. Eyni zamanda, belə halların sayının artacağı ilə bağlı narahatlıqlar var.
CNBC-yə danışan Çin idman geyimləri şirkəti "Woodswool"un fabrik meneceri və brend direktoru Li Yan, ABŞ-dakı bütün sifarişlərinin ləğv edildiyini deyib. 20 ildən artıqdır ki, Amerika bazarına, eləcə də Avropa və Avstraliyaya məhsul ixrac edən şirkət yeni bazarlara çıxmağı bacarana qədər istehsal müəssisələrinin bir hissəsinin işini 2-3 ay müddətinə dayandırmaq qərarına gəlib.
Çinin insan resursları və sosial təminat nazirinin müavini Yu Jiadong ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarını artırmasının Çinin əmək bazarına mənfi təsir etdiyini bildirib. O qeyd edib ki, bəzi xarici ticarət şirkətləri istehsal və fəaliyyətdə çətinliklərlə üzləşib və bu, bəzi işçilərin məşğulluğuna təsir edib, təzyiq artmaqda davam edir.
CNBC-nin təxminlərinə görə, İnvestisiya bankı "Goldman Sachs" 10 milyondan 20 milyona qədər yerli işçinin ABŞ-a ixraca yönəlmiş şirkətlərdə işlədiyini göstərir.