Yaponiyada çinli tələbə bir həftədə iki dəfə Fuji dağından xilas edilib


Aprelin 22-də Yaponiyanın ən hündür nöqtəsi olan Fuji dağından vertolyotla xilas edilən tələbə unudulmuş telefonu üçün yenidən qalxdığı dağda halı pisləşdikdən 4 gün sonra ikinci dəfə xilas edilib.



"Kyodo" xəbər agentliyinin məlumatına görə, aprelin 22-də Fuji dağında köməksiz vəziyyətdə qalan 27 yaşlı çinli universitet tələbəsi helikopterlə zirvədən xilas edilib.

Polisin verdiyi açıqlamada tələbənin xilas edilərkən telefonunu və digər əşyalarını dağın zirvəsində unutduğu üçün aprelin 26-da yenidən Fuji dağına qalxdığını bildirib.

İkinci dırmaşması zamanı halı pisləşən universitet tələbəsinin dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə tapıldığını bildirən polis, bir həftədə iki dəfə Fuji dağından xilas edilən tələbənin səhhətinin yaxşı olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu