İspaniyada elektrik qəzası kiberhücum nəticəsi ola bilər

İspaniya hakimiyyət orqanları ölkədə genişmiqyaslı elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcək kiberhücumun olması ehtimalını istisna etmir.
AFN.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Artıq yarım günə yaxındır ki, ölkədə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Mobil internet, rabitə demək olar ki, yoxdur. Supermarketlər bağlanır, banklarda növbələr yaranır.
İşıqforlar, hava limanları, metro və dəmir yollarının fəaliyyəti pozulur. Yol Nəqliyyatı İdarəsi insanları şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb.
Ölkə daxilində qatarların hərəkətini tamamilə dayandırıb. Bu barədə İspaniyanın dəmiryol operatoru Renfe məlumat yayıb.
Yerli vaxtla saat 12:30-da elektrik enerjisi kəsilib. "Qatarlar dayandırılıb və bütün stansiyalarda hərəkətsizlikdir", - o, X-da bildirib.
"Euronews" xəbər verir ki, Madridin Barajas Beynəlxalq Hava Limanı da işıqsız qalıb.
Məlumata görə, elektrik enerjisinin kəsilməsi regionun digər hava limanlarının da işində fasilələrə səbəb olub.