BMT terror qurbanlarına və onların ailələrinə dəstək üçün təşəbbüs irəli sürüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) terror hücumlarından sağ çıxanlara və terror qurbanlarının yaxınlarına dəstək olmaq təşəbbüslə çıxış edib.
BMT-nin Terrorla Mübarizə İdarəsi (UNOCT) “Terror Qurbanları Assosiasiyaları Şəbəkəsi” təşəbbüsünün başladığını elan edib.
Təşəbbüs terrorizm qurbanlarının və sağ qalanların bir-birini dəstəkləyə biləcəkləri, dayanıqlılıqlarını artıra və müdafiə, eləcə də pedaqoq və sülh qurucuları kimi çıxış edə biləcəyi təhlükəsiz məkan təmin etmək məqsədi daşıyır.
BMT-nin Terrorla Mübarizə İdarəsinin baş katibinin müavini Vladimir Voronkov “Təsəvvür olunmayan şəxsi faciələr qarşısında bir çoxları öz sözünü deməyi, həmrəylik və tolerantlığın güclü tərəfdarlarına çevrilməyi seçdilər”deyib.
"Bir çox hallarda qurbanların və sağ qalanların ehtiyacları təcili olsa da, lazımi səviyyədə dəstəklənmir. Beynəlxalq və milli yardım həyati əhəmiyyət kəsb edir", - deyən Voronkov üzv dövlətləri dəstək verməyə çağırıb.