Britaniya polisi: Terror təşkilatı PKK-ya qarşı çox ciddi iddiaları araşdırırıq
İngiltərə polisi terror təşkilatı PKK-ya qarşı apardıqları istintaqda çox ciddi iddiaları araşdırdıqlarını açıqlayıb.
London Böyükşəhər Polisindən verilən açıqlamada terror təşkilatı PKK ilə əlaqəsi olduğu şübhəli bilinən fəaliyyətlərlə bağlı Terrorla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqın davam etdiyi və 7 nəfərin hələ də saxlanıldığı bildirilib.
Bəyanatda qiymətləndirmələri yer alan Terrorla Mübarizə Direktoru vəzifəsini icra edən Helen Flanaqan "Araşdırmalarımız davam edir və çox ciddi iddiaları araşdırmaqda davam edirik" deyib.
Sözügedən istintaqın tam əməliyyat müstəqilliyi ilə aparıldığını və səlahiyyətlilərin mümkün qədər tez və səylə işlədiyini qeyd edən Flanaqan “Axtarış fəaliyyətlərimizin bir qisminin bir neçə gün davam edəcəyini təxmin edirik və bunun ictimaiyyətin bəzi hissələrinə maneyə və narahalığa səbəb olduğunu bilirik. Lakin onları əmin edə bilərəm ki, yerləri mümkün qədər tez qaytarmağa çalışacağıq” ifadələrini işlədib.
Mənbə: AA