Vals: Ukraynaya yardıma Avropa rəhbərlik etməlidir

Avropa Ukraynaya yardım göstərməyə yönəlmiş gələcək təşəbbüslərə rəhbərlik etməlidir.
AFN.az xəbər verir ki, bunu “New York Post” qəzetinə müsahibəsində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.
"Biz aydın şəkildə bildirdik ki, Ukraynaya yardım Avropanın rəhbərliyi altında olmalıdır", - deyə Valts qeyd edib.
Xarici medianın avropalı diplomatlara istinadən yaydığı məlumata görə, Avropa İttifaqı Kiyevin Rusiya ilə münaqişəni davam etdirmək ehtiyaclarını müstəqil şəkildə ödəyə bilsə, Ukraynaya dəstək üçün Vaşinqtondan kömək istəməyi dayandıracaq.