Kamran Əliyev yenidən baş prokuror təyin olundu


Kamran Bayram oğlu Əliyev Azərbaycanın baş prokuroru vəzifəsinə təyin edilib.


Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu