İranda güclü partlayışın baş verdiyi limanda yenidən yanğın baş verib


Aprelin 26-da İranın Bəndər Abbas şəhərində güclü partlayış baş verən Şəhid Recai limanında konteynerlər daşınarkən yenidən yanğın başlayıb, lakin qısa müddətdə söndürülüb.


İran dövlət televiziyasının məlumatına görə, Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında yanğın baş verib.

Bildirilib ki, konteynerlər daşınarkən konteyner yığma maşınlarından birinin hidravlik nasosunun sıradan çıxaraq, ətrafa yanacağın dağılması nəticəsində baş verən yanğın qısa zamanda söndürülüb.

Xatırladaq ki, aprelin 26-da günorta saatlarında İranın cənubunda Fars körfəzi sahilində yerləşən Bəndər-Abbasdakı Şəhid Rəcai limanında şiddətli partlayış baş verib. Partlayış nəticəsində onlarla insan həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu