ABŞ-da timsahın hücumuna məruz qalan qadın ölüb


ABŞ-ın Florida ştatında bir qadın çayda kanoe sürərkən timsahın hücumu nəticəsində ölüb.



Florida ştatındakı Kissimmi gölünə axan Tiger Creekdə olan qadın günorta saatlarında hücuma məruz qalıb.

Suya düşəndən sonra bir daha görünməyən qadının meyiti bir müddət sonra yaxınlıqda tapılıb.

Komissiya hadisə yerinə timsah ovçusunun göndərildiyini, lakin aqressiv heyvanın hələ də tapılmadığını bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu