ABŞ-da timsahın hücumuna məruz qalan qadın yaralanıb


ABŞ-ın Florida ştatında çayda kanoe sürərkən timsahın hücumuna məruz qalan qadının yaxınlıqdakı insanların köməkliyi ilə sahilə çıxarıldığı və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir.



Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasından verilən açıqlamada Lakeland bölgəsində kanoe sürən qadının timsahın hücumu nəticəsində dirsəyindən yaralandığı bildirilib.

Qeyd edilib ki, Polk Rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları vətəndaşların verdiyi koordinatların köməyi ilə hadisə yerinə gəlib və qadını təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıb.

Florida ABŞ-da alliqator hücumlarının ən çox olduğu ştatlardan biri kimi tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu