Təhlükəsizlik Şurası: Pakistan Hindistanın təcavüzünə cavab vermək səlahiyyətinə malikdir


Pakistan istənilən vaxt, istənilən yerdə və istənilən vasitə ilə Hindistanın əsassız təcavüz aktına cavab vermək hüququnu özündə saxlayır. Ölkənin silahlı qüvvələri müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan Milli Təhlükəsizlik Şurasının növbədənkənar iclasının yekunları üzrə baş nazir Katibliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Sənəddə qeyd edlir: “BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Pakistan günahsız pakistanlıların itkisi və onun suverenliyinin kobud şəkildə pozulmasının qisasını almaq üçün istədiyi vaxt, istənilən yerdə və istənilən vasitə ilə özünümüdafiə üçün cavab vermək hüququnu özündə saxlayır. Pakistan Silahlı Qüvvələri bununla bağlı müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu