Şimali Koreya raketləri Yapon dənizinə düşüb

Şimali Koreya tərəfindən buraxılan ballistik raketlər Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda Yapon dənizinə düşüb.
AFN.az xəbər verir ki, məlumatı Yaponiyanın NHK telekanalı yayıb.
Zərər barədə məlumat açıqlanmayıb. Baş nazir Şiqeru İşiba müvafiq nazirlik və idarələrə Pxenyanın raket buraxılışı ilə bağlı məlumatların toplanması və təhlilini gücləndirməyi, habelə gəmiçilik və mülki aviasiyanın təhlükəsizliyini təmin etməyi tapşırıb.
Bundan əvvəl Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri KXDR-in Yapon dənizinə doğru, ehtimal ki, qısa mənzilli bir neçə ballistik raket atdığını bildirib. Onların sözlərinə görə, buraxılış cənub-şərqdəki Vonsan şəhəri ərazisindən həyata keçirilib.