Tramp mayın 8-də Britaniya ilə ticarət sazişini elan edə bilər


ABŞ prezidenti Donald Tramp mayın 8-də Böyük Britaniya ilə ticarət sazişini elan etməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" məlumat yayıb.

Bildirilir ki, bu, Vaşinqtonun gömrük rüsumlarının tətbiqindən sonra bağladığı ilk ticarət sazişi olacaq. ABŞ və Böyük Britaniya arasındakı razılaşmanın təfərrüatları hələlik məlum deyil. Nəşr yazır edir ki, tərəflər əvvəlcə çərçivə sazişini elan edəcəklər, sonra isə sövdələşmənin yekun şərtləri üzərində işləməyə davam edəcəklər.

"Bundan əlavə, ABŞ İsrail və Hindistanla ticarət razılaşmaları əldə etməyə yaxındır. Həmçinin Vyetnam, Koreya Respublikası və Yaponiya ilə danışıqlar aparır" - deyə məlumatda qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu