HƏMAS bu gün ABŞ vətəndaşlığı olan israilli girovu azad edəcək

ABŞ vətəndaşlığı da olan israilli girov mayın 12-də azad ediləcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşması məlumat yayıb.
"Biz qərara gəldik ki, bazar ertəsi, mayın 12-də İsrail əsgəri və ABŞ vətəndaşı İdan Aleksandrı azad edək", - deyə qrupun rəsmi sözçüsü Əbu Ubayda öz Telegram kanalında yazıb.
Girovun İsrailə nə vaxt qayıda biləcəyi barədə dəqiq məlumat verilmir.
Bu gün səhər saatlarında yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, İsrail tərəfi İdan Aleksandrı girovdan azad etmək naminə Qəzza zolağında atəşkəs barədə öhdəlik götürməyib.