ABŞ əfqanların deportasiyası ilə bağlı siyasətini dəyişir


ABŞ administrasiyası Əfqanıstan vətəndaşları üçün xüsusi immiqrasiya qaydalarını nəzərdə tutan “müvəqqəti qorunan şəxslər” statusunu dayandırır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) yazılı açıqlamasında bildirilir.

Qeyd edilir ki, status iyulun 12-də başa çatacaq. "Biz idarələrarası tərəfdaşlarımızla Əfqanıstandakı şərtləri nəzərdən keçirmişik və onlar müvəqqəti qorunan şəxslər statusu ilə bağlı tələblərə cavab vermir. Əfqanıstanda təhlükəsizlik vəziyyəti yaxşılaşıb və iqtisadiyyatın sabitləşməsi onların (ABŞ-da olan Əfqanıstan sakinlərinin - red.) vətənlərinə qayıtmasına artıq mane olmur. Bundan əlavə, status alanlar fırıldaqçılıq və milli təhlükəsizliyimizə təhdid ittihamı ilə araşdırılır. Əfqan vətəndaşlarının Birləşmiş Ştatlarda müvəqqəti qalmasına icazə verilməsi ABŞ-ın milli maraqlarına ziddir” - deyə açıqlamada bildirilir.

Əfqanıstan sakinlərinə müvafiq status Co Bayden dönəmində verilib. Bu status ABŞ-da müəyyən bir ölkənin vətəndaşlarına iş icazəsi və müvəqqəti yaşamaq icazəsinin verilməsini nəzərdə tutur. O sonradan yaşıl kartın alınmasını, yəni daimi yaşamaq hüququnu nəzərdə tutmur, lakin deportasiyadan yayınmağa imkan verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu