Əfqanıstan BMT-nin ayın sonunda keçiriləcək iclasında iştirak etmək qərarına gəlib


Əfqanıstan rəhbərliyi iyunun sonunda Qətərin paytaxtı Dohada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstanla bağlı iclasında iştirak edəcəyini açıqlayıb.


Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid mövzu ilə bağlı mətbuata verdiyi açıqlamada iclasın gündəliyi ilə bağlı BMT ilə danışıqlar apardıqlarını bildirib.

Toplantıya bir heyət göndərmək qərarına gəldiklərini və bunun Əfqanıstanın xeyrinə olacağına əmin olduqlarını bildirən Mücahid, görüşə qatılacaq əfqan heyətin yaxın zamanda müəyyən ediləcəyini və açıqlanacağını qeyd edib.

BMT-nin Əfqanıstanla bağlı 3-cü iclası 30 iyun-1 iyul tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək. İlk görüşə Əfqanıstan nümayəndələri dəvət olunmayıb, dəvət etsələr də, ikinci iclasda iştirak etməyiblər.

Əfqan mətbuatında yer alan xəbərə görə, Əfqanıstan rəhbərliyi BMT-nin iclasında iştirak etmək üçün bəzi şərtlər irəli sürüb və bunları qəbul etdikdən sonra iclasa qatılacağını bildirib. Bununla belə, BMT-nin Əfqanıstan administrasiyasının şərtlərini qəbul edib-etmədiyinə dair heç bir açıqlama verilməyib.

Əfqanıstanın müvəqqəti hökumətinin Əfqanıstanın BMT-dəki nümayəndəsi vəzifəsinin onlara verilməsi, insan haqları təşkilatlarının nümayəndələrinin görüşə dəvət edilməməsi kimi şərtlər irəli sürdüyü iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu