ABŞ daha 472 min venesuelalıya müvəqqəti müdafiə statusu verib


ABŞ hazırda ölkədə olan daha 472 min venesuelalıya müvəqqəti qoruma statusu veriləcəyini açıqlayıb.


ABŞ Daxili Təhlükəsizlik Departamenti, iş imkanlarını asanlaşdırmaq üçün iyulun 31-dək ölkəyə daxil olan yüz minlərlə venesuelalıya müvəqqəti qoruma statusu verməyə qərar verib.

ABŞ Daxili Təhlükəsizlik Naziri Alejandro Mayorkas da hazırda ABŞ-da müvəqqəti himayə altında olan 242 min 700 venesuelalının bu statusunu Venesuelada təhlükəsizliyin olmaması səbəbindən 18 ay müddətinə uzatmağa qərar verdiklərini açıqlayıb.

Son 10 ildə Venesuelada baş verən siyasi, iqtisadi və humanitar böhranlar səbəbindən təxminən 7,3 milyon insan başqa ölkələrə miqrasiya edib.

ABŞ daha əvvəl El Salvador, Honduras, Nepal və Nikaraquadan olan 300 mindən çox immiqrantın müvəqqəti müdafiə statusunu 18 ay müddətinə uzatmaq qərarına gəlmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu