El Salvador yüksək ixtisaslı əcnəbi işçilərə 5 min ödənişsiz pasport verəcək


El Salvador prezidenti Nayib Bukele alim, mühəndis və həkim kimi yüksək ixtisaslı əcnəbi işçilərə 5 min ödənişsiz pasport veriləcəyini açıqlayıb.


Bukele X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.

Əcnəbi alimlərə, mühəndislərə, həkimlərə, sənətçilərə və filosoflara təxminən 5 milyard dollara bərabər olan 5 min ödənişsiz pasport veriləcəyini qeyd edən Bukele, bu insanların da səsvermə hüququ daxil olmaqla tam vətəndaşlıq statusu alacağını bildirib.

Bukele, pasport üçün müraciət edən yüksək ixtisaslı işçilərin ailələri və mal varlıqlarının ölkəyə köçürülməsi üçün bu sahədə vergiləri qaldıracaqları barədə məlumatı da paylaşıb və bu proqramın El Salvadorun gələcəyinə böyük təsir edəcəyini vurğulayıb.

CNN-in məlumatına görə, bu təşəbbüsün ölkəyə xarici investorları cəlb edərək iqtisadiyyatı stimullaşdırmaq məqsədilə edildiyi bildirilir.

İqtisadiyyatı stimullaşdırmaq üçün El Salvador 2021-ci ildə "Bitcoin"i qanuni valyuta kimi tanıyıb və onu rəsmi olaraq dövriyyəyə buraxan ilk ölkə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu