El Salvador prezidenti MS13-ə müharibə elan etdi - FOTOLAR
Mərkəzi Amerika ölkəsi El Salvadorun prezidenti Nayib Bukelenin göstərişi ilə tikilmiş Amerika qitəsinin ən böyük həbsxanasına daha 2000 nəfər aparılıb.
Dəstə üzvlərinin 40 min nəfərlik həbsxanaya aparıldığı görüntüləri prezident Bukele Twitter hesabında paylaşaraq mübarizənin davam edəcəyini bildirib.
Yayımlanan görüntülərdə həbsxanaya ilk gələn məhbus qrupu ilə oxşarlıqlar diqqət çəkib. Cinayətkarlar yenə də yalnız ağ şort və tərs manşet geyinərək kameralar qarşısına keçiblər.
Bukele, "Bu gün 2000 nəfərlik ikinci dəstə qrupunu Terrorla Mübarizə Mərkəzinə (CECOT) göndərdik. Beləliklə, dünyanın ən çox tənqid edilən həbsxanasında yaşayan dəstə üzvlərinin sayı 4000 nəfərə çatdı" - deyə bildirib. Bukelenin paylaşdığı videoda dəstə üzvlərinin sıx təhlükəsizlik tədbirləri altında qısa şort, döymə bədən və yalın ayaqla həbsxanaya aparıldığı anlar əks olunub.
Ötən ayın 26-da daha 2000 dəstə üzvü meqa həbsxanaya aparılmışdı.
Məlumata görə, El Salvadorda həyata keçirilən sərt tədbirlərdən sonra 2022-ci ilin yanvar-oktyabr dövründə törədilən qətllərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalıb.
El Salvadorda ötən il martın 27-də elan edilən fövqəladə vəziyyət hələ də davam edir. Səlahiyyətlilər ölkədə zorakılığın yenidən artmasında MS13 bandasını günahlandırır.