Polşa-Rusiya gərginliyi artır: Polşanın qərarına cavab verəcəyik

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına cavab verəcəyini açıqlayıb.
Rusiyanın RİA xəbər agentliyinə verdiyi açıqlamada Zaxarova Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarını dəyərləndirib.
Bu qərarın ikitərəfli münasibətlərə xələl gətirdiyini bildirən Zaxarova "Bu addım cavabsız qalmayacaq. Lazım olan şəkildə cavab veriləcək. Bu, müvafiq qurumlar arasında prosedur həyata keçirildikdə baş verəcək. Təbii ki, bu barədə Polşa tərəfini məlumatlandıracağıq" deyib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko TASS-a verdiyi açıqlamada qərara cavab olaraq Polşanın Kalininqrad və ya İrkutskdakı konsulluğunu bağlaya biləcəklərini bildirib.