Fələstinin normal həyata qayıtması üçün 15 il lazımdır - Məhəmməd əl-Amur


Müharibə bitdikdən sonra Fələstinin normal həyata qayıtması üçün 15 il vaxt lazımdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Bağdadda Fələstinin milli iqtisadiyyat naziri Məhəmməd əl-Amur deyib.

İraq Xəbər Agentliyinin yaydığı məlumata görə, o, ümumərəb təşkilatının 34-cü sammiti ərəfəsində keçirilən Ərəb Liqasının İqtisadi və Sosial Məsələlər üzrə Şurasının iclasında çıxış edib.

"İsraillə müharibə başa çatdıqdan sonra normal həyata qayıtmaq üçün bizə 15 il lazımdır. Mövcud vəziyyətə baxmayaraq, fələstinlilər dözümlülük nümayiş etdirirlər. İşğal nə qədər davam etsə də, xalqımız məğlub olmayacaq" - deyə nazir qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu